Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Batı Yötaland Azərbaycan Evi Birliyinin “Xocalı soyqırımı – 25” konfransının QƏTNAMƏSİ

Batı Yötaland Azərbaycan Evi Birliyinin “Xocalı soyqırımı – 25” konfransının QƏTNAMƏSİ

Tarix : 26-02-2017, 21:25 | Kateqoriya: Dünya
(голосов:0)
Batı Yötaland Azərbaycan Evi Birliyinin “Xocalı soyqırımı – 25” konfransının QƏTNAMƏSİ


Yöteburq 26 fevral 2017

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının (4-cü ordu, 23-cü diviziya) hərtərəfli yardımı və iştirakı ilə Azərbaycanın Xocalı şəhərini vəhşicəsinə dağıtmış, dinc şəhər əhalisini xüsusi amansızlıq və qəddarlıqla kütləvi şəkildə qırmışdır. Bu kütləvi qırğın BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nın 2 Maddəsinə tam uyğun gələn açıq-aydın bir soyqırım aktıdır.
Artıq Xocalı soyqırımından 25 il keçir...
Biz, “Xocalı soyqırımı – 25” konfransının iştirakçıları bildiririk ki, İsveç parlamenti 1915-ci ildə baş vermiş hadisələri 2009-cu ildə soyqırım kimi dəyərləndirdiyi halda, bu gün hər kəsin gözü önündə Azərbaycanda baş vermiş Xocalı soyqırımına hələ də göz yummaqdadır. Bu isə İsveç vətəndaşı olan biz Azərbaycan kökənli insanların ciddi narazılığına səbəb olduğu üçün öz narazılığımızı İsveç parlamentinin, İsveç siyasi partiyalarının və İsveç ictimaiyyətinin diqqətinə yetirir və xatırladırıq ki:
Rusiya imperiyasının və onun Qafqazlardakı avanpostu olan Ermənistanın əli ilə gerçəkləşdirilmiş Xocalı soyqırımı nəticəsində dinc əhalidən:
♦ 613 nəfər öldürülmüşdür (onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qocadır);
♦ öldürülənlərin 56 nəfərinə qarşı xüsusi qəddarlıq və vəhşilik edilmişdir (diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları, yaxud digər bədən üzvləri kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir).
♦ 8 ailə tam yox edilmiş, 27 ailənin hərəsindən yalnız bircə insan sağ qalmış, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.
♦ yaxlaşıq 1 000 adam müxtəlif dərəcəli bədən xəsarəti almışdır ki, onlardan 487 nəfər şikəst olmuşdur (76 nəfəri uşaqdır).
♦ 1 275 adam girov götürülərək işgəncə və təhqirlərə məruz qalmışdır.
♦ 150 adam itkin düşmüşdür ki, onlardan 26 nəfəri uşaq, 68 nəfəri qadındır.
♦ Azərbaycan Dövlətinə və vətəndaşların şəxsi əmlakına 5 milyard manat (01.04.1992 ildəki qiymətlərlə) ziyan dəymişdir.

“Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nın 2 Maddəsi və ona uyğun digər beynəlxalq sənədlər təsdiqləyir ki, Xocalı soyqırımı tək Azərbaycan əhalisinə qarşı yox, bütövlükdə insanlığa qarşı işlənmiş ən ağır cinayətlərdən biridir, bu cinayətə biganə yanaşmaq isə demokratiya və insan haqlarına qarşı açıq-aydın sayğısızlıqdır.
“Xocalı soyqırımı – 25” konfransının iştirakçıları deyilənlərə əsaslanaraq bu Qətnamə ilə İsveç parlamentinə, İsveçin bütün siyasi partiyalarına, İsveç insan haqlarını qoruma təşkilatlarına müraciət edir və artıq 25-cü ildönümü tamam olan Xocalı soyqırımını rəsmən tanıyıb ona siyasi-hüquqi qiymət verməyə çağırır.


Qətnamə Batı Yötaland Azərbaycan Evi Birliyinin
“Xocalı soyqırımı – 25” konfransında yekdilliklə qəbul edilmişdir

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: