Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO

Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO

Tarix : 18-02-2017, 21:50 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO


Bu gün Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) Almaniyanın Köln şəhərində “Siyasi məhbuslara azadlıq!” şüarı altında aksiya keçirib.
Aksiya “Kanal 13” vasitəsilə sosial şəbəkədə canlı olaraq yayımlanıb və təkcə canlı yayımda 17 mindən çox tamaşaçı tərəfindən izlənilib.

Yüzlərlə insanın qatıldığı mitinq Azərbaycanın və Müsavat Partiyasının himninin səsləndirilməsi ilə başlayıb. Aksiyada Azərbaycanda həbsdə olan siyasi məhbusların şəkilləri, ölkəmizdəki diktatura rejimini pisləyən plakatlar qaldırılıb, “Azadlıq!” və “Müsavat!” şuarları səsləndirilib.

Aksiyanın aparıcısı Müsavat AKM-in Məclis üzvü Eldəniz Yusibov olub. O, qeyd edib ki, hakimiyyət müsavatçıların bu aksiyasını əngəlləmək üçün ən müxtəlif üsullara əl atıb, o cümlədən bu gün Koln şəhərində alternativ aksiya keçirib. Eldəniz Yusibov mövcud iqtidarın Qarabağ siyasətini kəskin tənqid edib, Xocalı soyqırımının ildönümü ilə bağlı mühacir müsavatçıların hər il tədbirlər keçirdiyini xatırladıb.

“Millət üçün savaşıb ölməyə hazır olan bir çox insanlar, o cümlədən Qarabağ qaziləri Azərbaycan hakimiyyəti tərəfindən ölkədən didərgin salınıb. Hakimiyyətin Qarabağa münasibətini görmək üçün təkcə bu faktı görmək kifayətdir”, – Eldəniz Yusibov deyib.

Mitinqdə çıxış edən Müsavatın AKM-in sədri, Qarabağ qazisi İlham Həsən aksiya iştirakçılarına Müsavat başqanı Arif Hacılının salamlarını çatdırıb. O, bildirib ki, hakimiyyətin müqavimətinə, aksiyanın təşkilatçıları olan mühacir müsavatçıların Azərbaycandakı qohumlarının polis tərəfindən hədələnməsinə baxmayaraq, aksiya möhtəşəm alınıb. İlham Həsən öz çıxışında Əliyev hakimiyyətini diktaturadan əl çəkməyə, siyasi məhbusları azad etməyə, ölkədə demokratik islahatlara çağırıb.

Daha sonra söz Müsavat AKM-in Məclis üzvü, Qarabağ qazisi Əhməd Cəlaloğluna verilib.
“Biz bundan sonra da vətənimiz uğrunda vuruşub ölməyə hazırıq. Biz Qarabağın azad olunmasını istəyirik, biz siyasi məhbusların azad olunmasını istəyirik, biz ölkəmizdə azadlığın bərqərar olmasını istəyirik”, – Əhməd Cəlaloğlu deyib.


Keçmiş vicdan məhbusu, şair Mirzə Sakit Azərbaycandakı mövcud rejiminin dövründə nə Qarabağın, nə də siyasi məhbusların azad olunacağını bildirib, bu səbəbdən hər kəsi Rəsulzadə və Elçibəy yolunda, müsavatçılıq ideologiyası ətrafında birləşməyə çağırıb. Mirzə sakit çıxışını Müsavat haqqında yazdığı şeirlə bitirib.
Çıxış edən Əli Quliyev bildirib ki, Qarabağın azad olunmasını, siyasi məhbusların sərbəst buraxılmasını istəyən hər kəs ilk növbədə antidemokratik Əliyev hakimiyyətinə yox deməli, ölkəmizdə mübarizə aparan müxalifətçilərə, siyasi məhbuslara dəstək verməlidir.

Tədbirə Rövşən Qəmbər də qatılıb. Hakimiyyətin keçirdiyi alternativ mitinqdə çıxış üçün söz verilməyən Rövşən Qəmbərə Müsavat AKM-in mitinqində söz verilib. Rövşən Qəmbər Azərbaycan və Alman dillərində Qarabağ müharibəsi ilə bağlı öz təkliflərini səsləndirib.
Müsavat AKM-in üzvü Zakir Ağayev qeyd edib ki, İlham Əliyevin hakimiyyəti dövründə vətənpərvər insanların bir qismi həbsdə, bir qismi mühacirətdə, bir qismi isə ölkədəki hüquqsuzluqdan doğan iztirablar içində yaşayır. O, beynəlxalq təşkilatlara və demokratik ölkələrin rəhbərlərinə aksiya adından müraciət edilməsini, onların Azərbaycanda insan haqlarının müdafiəsi yönündə daha fəal mübarizəyə çağırılmasını təklif edib.
Daha sonra aksiyanı izləyən əcnəbi vətəndaşlara ingilis dilində müraciət edilib.
Müraciətdə Azərbaycanda insan haqlarının pozulması, siyasi motivli həbslər, təcrixanalarda məhbuslara işgəncələrə son qoyulması Azərbaycan hakimiyyətindən tələb edilir. Azərbaycanda demokratiya bərqərar olanadək bu mübarizənin davam edəcəyi vurğulanır.
İştirakçılar xorla vicdan məhbusları İlqar Məmmədova, Qiyas İbrahimə, Bayram Məmmədova, Fuad Qəhrəmanlıya, Seymur Həziyə, Əbdül Əbilova və bütün digər siyasi məhbuslara azadlıq tələb ediblər. Tədbirdə həmçinin ermənilərin girov götürdükləri Dilgəm Əsgərovla və Şahbaz Quliyevə azadlıq tələb edilib.
Aksiya qətnamənin qəbul olunması ilə başa çatıb.
Müsavat AKM-in Məclis üzvü, jurnalist Yafəz Əkrəmoğlunun Meydan TV-yə verdiyi məlumata görə, Azərbaycan hakimiyyəti aksiyanın qarşısını almaq üçün təxribata əl atıb: “Aksiyanın kecirildiyi meydanda Azərbaycan hakimiyyəti “Xocalıya ədalət” şüarı ilə aksiya təyin edib. Adətən bu aksiya fevral 26-da keçirilirdi. Biz iki ay əvvəldən aksiyaya hazırlaşırdıq və bu barədə məlumat vermişdik. Hakimiyyətin bu addımı diqqəti Qarabağ məsələsinə, Xocalı faciəsinə cəkmək yox, siyasi məhbus problemindən yayındırmaqdır”.

“Biz Azərbaycan hakimiyyətindən dərhal siyasi məhbusların azad edilməsini, ölkədə sərbəst toplaşmaq, söz və mətbuat azadlığının bərpa edilməsini tələb edirik. Eyni zamanda tələb edirik ki, ölkədə siyasi təqiblərə son qoyulsun”, – Yafəz Əkrəmoğlu deyib.
Aksiyanın canlı olaraq yayımlandığı dəqiqələrdə bu mitinqə Müsavat başqanı Arif Hacılı da münasibət bildirib. “Hakimiyyət Köln şəhərində Müsavat AKM in ” Siyasi məhbuslara azadlıq” mitinqinə qarşı mitinq təşkil edib. Bizim mitinqimiz çox kütləvi və enerjilidir”, – Arif Hacılı qeyd edib.

Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO
Müsavat Almaniyada möhtəşəm aksiya keçirdi- FOTO



bastainfo.com

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: