Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR

Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR

Tarix : 17-02-2017, 18:50 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR

Bu gün Almaniyanın Mainz şəhərinin baş meydanı „Gutenbergplatz“-da adı çəkilən şəhərdə fəaliyyət göstərən Azərbaycan-Türk Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Anım mərasimində Mainz şəhəri və ətrafınfa yaşayan soydaşlarımız eyni zamanda, Müsavatın Avropa Koordinasiya Mərkəzinin fəalları iştirak ediblər.
Bu barədə "Modernqezeti.com"un Avropa Bürosuna məlumatı adı çəkilən cəmiyyətinin başqanı Sarvan Rizvanov verib. Onun sözlərinə görə, tədbirdə Xocalı faciəsini əks etdirən fotosərgi nümayiş etdirilib, erməni-rus ordusunun dinc yerli əhalini vəhşəcəsinə qırması haqqında məlumatların olduğu vərəqələr şəhər sakinlərinə və şəhəri ziyarət edən xarici qonaqlara paylanıb. Tədbirdə gənclərimiz xüsusi fəallıq nümayiş etdiriblər. Xocalı faciəsindən danışanlar bildiriblər ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək. Bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq. Qərara alınıb ki, dinc əhaliyə qarşı erməni-rus qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərin tezliklə beynəlxalq hüquqi qiymətini alması üçün beynəlxalq qürumlara yeni müraciətlər göndərilsin.

Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR
Xocalı qətlimanı Almaniyada anıldı-FOTOLAR

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: