Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Erdoğan Merkel görüşünün nəticəsi: Türklər deportasiya edilir

Erdoğan Merkel görüşünün nəticəsi: Türklər deportasiya edilir

Tarix : 12-02-2017, 09:23 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)
Erdoğan Merkel görüşünün nəticəsi: Türklər deportasiya edilir

Bu ayın əvvəlində Türkiyənin Baş naziri Binəli Yıldırımın dəvəti ilə Ankaraya gələn Almaniya kansleri Angela Merkellə prezident Rəcəb Tayyib Ərdoğanın görüşü öz nəticələrini verməyə başlayıb. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, Ərdoğanla görüşdən sonra Merkel ölkəsinə qayıdıb federal ərazilərin hökumət başçıları ilə görüşüb. Keçirilən iclasda sığınacaq istəyi rədd edilmiş şəxslərin daha tez və sistemli şəkildə geri göndərilməsi barədə razılıq əldə edilib. Eyni zamanda Merkel həmin iclasda Türkiyədən Almaniyaya qaçan "Hizmət Hərəkəkatı"nın üzvlərinin birmənalı şəkildə geri-ölkələrinə qaytarılması ilə bağlı göstəriş verib.

Avropa Büromuzun əldə etdiyi məlumatda deyilir ki, artıq son 5 gündə sığınacaqla bağlı rədd cavab alan 100-dən çox miqrantın təcili şəkildə ölkədən deportasiyasına başlanılıb. Rədd cavabı alanlar məhkəməyə müraciət edib qərardan şikayət etsələr də, məhkəmə qərarı qüvvədə saxlayıb.

Məlumat üçün qeyd edək ki, Merkelin prezident Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Türkiyədə miqrant məsələsini, Suriya, Kipr böhranını və NATO-da əməkdaşlıq məsələlərini müzakirə edib. Eyni zamanda Ərdoğan Merkeldən "Hizmət Hərəkatı"nın lideri Fətullah Gülən tərəfdarlarının təcili şəkildə Türkiyəyə qaytarılmasını tələb edib.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: