Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Son bir ayda 500 azərbaycanlı Almaniyadan sığınacaq istəyib

Son bir ayda 500 azərbaycanlı Almaniyadan sığınacaq istəyib

Tarix : 11-02-2017, 00:35 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)
Son bir ayda 500 azərbaycanlı Almaniyadan sığınacaq istəyib

Almaniya daha sürətli deport edəcək. Almaniyada fəaliyyət göstərən "Legat" hüquq firmasından AzEuroNews.com-un Avropa Bürosuna verilən məlumata görə, fevralın 9-da Almaniya kansleri Angela Merkellə federal ərazilərin hökumət başçıları arasında keçirilən iclasda sığınacaq istəyi rədd edilmiş şəxslərin daha tez və sistemli şəkildə geri göndərilməsi barədə razılıq əldə edilib.
Merkel bildirib ki, sığınacaqla bağlı müraciətinə rədd cavabı verilmiş şəxslərin daha tez geri göndərilməsi üçün qanunveriliciyə yaxın vaxtlarda dəyişikliklər ediləcək.

Geri göndərilmə ilə bağlı hazırlanmış 16 maddəlik təkliflər paketində deport ediləcək şəxslərin müvəqqəti olaraq qalacaqları mərkəzlərin yaradılması nəzərdə tutulur. Təklifərdə qaçqın statusu almaq üçün əsası olmayan şəxslərin könüllü olaraq geri qayıtmasını həvəsləndirmək üçün yeni qurumun yaradılması da təklif olunub.
Bu müzakirələrin nəticəsi saxta sübutlar təqdim edən və müraciət edən zaman anket məlumatlarını səhv verən sığınacaq axtaran şəxslər üçün daha ağır qaydalar nəzərdə tutur.

Belə ki, Merkellə federal ərazilərin hökumət başçıları xüsusilə özünü saxta adlarla təqdim etmiş və cinayət törətmiş şəxslərin ən qısa müddət ərzində deport edilməsi mövzusunda razılıq əldə olunub.
Xərcləri azaltmaq məqsədi ilə, Angela Merkel rədd cavabı almış şəxslərin elə ilk qəbul məntəqələrindən geri göndərilməsinin vacibliyini vurğulayıb. Toplantıda qeyd olunub ki, Almaniya hökumətinin geri göndərilməklə bağlı qətiyyətli addımları öz istəyi ilə ölkəsinə qayıtmaq istəyənlərin sayını da artıracaq.
2016-cı ildə təxminən 55 min nəfər könüllü şəkildə öz ölkəsinə geri qayıdıb, 25 min nəfər isə deport edilib.

2016-cı ildə Almaniyaya 280 min nəfər sığınacaq üçün müraciət edib. Bu ilin yanvar ayında isə müraciət edənlərin sayı 14 min 400 olub. Əldə etdiyimiz məlumatlara görə müraciət edənlərin 500 nəfərə yaxını Azərbaycan vətəndaşlarıdır.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: