Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Almaniya azərbaycanlı qaçqınları deportasiya edir?

Almaniya azərbaycanlı qaçqınları deportasiya edir?

Tarix : 18-01-2017, 08:57 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)
Almaniya azərbaycanlı qaçqınları deportasiya edir?

Son günlər Avropa ölkələrindən, o cümlədən Almaniyadan Azərbaycan Respublikası vətəndaşlarının kütləvi surətdə ölkədən çıxarılması ilə bağlı məlumatlar yayılır. Almaniyada fəaliyyət göstərən "LEGAT" hüquq firmasından Modernqezeti.com-un Avropa Bürosuna verilən məlumatına görə, bu məlumatların heç birinin hüquqi əsası yoxdur.
Belə ki, heç bir Avropa ölkəsi qaçqın statusu üçün müraciət etmiş və həmin müraciət üzrə araşdırma tam başa çatmayan şəxsləri ölkədən çıxara bilməz və belə bir hal mövcud deyil.
Qaçqın statusu üçün müraciət etmiş və barəsində müvafiq prosedurlar başa çatmayan sığınacaq axtaranlar haqqında o halda ölkədən çıxarma haqqında qərar verilir ki, həmin şəxsin müraciəti geri götürülmüş hesab edilsin. Müraciət o halda geri götürülmüş hesab edilir ki, sığınacaq üçün müraciət etmiş şəxs dinləmə ilə bağlı ona gəlmiş dəvət məktubuna əhəmiyyət vermir, görüşə getmir və ya görüşə getməməsinin üzrlü hesab edilməsi üçün müvafiq arayışı göndərmir.
Digər qrup isə başqa adla və ya saxta məlumatlarla özünü təqdim etmiş və dövlət orqanları tərəfindən şəxsiyyəti müəyyənləşdirilmiş şəxslərdir ki, onların da haqqında geri göndərilmə qərarı verilə bilər.
"LEGAT" hüquq firması qeyd olunanları nəzərə alaraq bir daha bildirir ki, sizə gələn məktublara diqqətlə yanaşın, tərcüməçilərin köməyi ilə məktubla tanış olun, yaşayış yerinizi dəyişdiqdə müvafiq orqanlara mütləq məlumat verin və qaçqın statusu üçün müraciət edəndə sənədlərinizi təqdim edin.

Elmira Bayramova

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: