Kateqoriya: Dünya, Manşet

İsveçdə “İlkin Niyyət Protokolu” imzalandı-FOTOLAR

İsveçdə “İlkin Niyyət Protokolu” imzalandı-FOTOLAR


İsveçdə “İlkin Niyyət Protokolu”nun imzalanması mərasimi baş tutub. Modernqezeti.com-un Avropa Bürosunun məlumatına görə, İsveçin Yöteburq şəhərində Azərbaycanın Milli Strateji Düşüncə Mərkəzi (MSDM) və İsveçin Batı Yötaland Azərbaycan Evi Birliyi (AE Birliyi) qurumları öz aralarında əməkdaşlıq yaratmaq, qarşılıqlı bilgiləndirmə və informasiya alış-verişi yönündə iş birliyi oluşdurmaq, uyğun görüləcək məsələlərdə birgə tədbirlər həyata keçirmək, dərgi, elektron dərgi və kitab çapı ilə bağlı bir-birlərinə yardım göstərmək məqsədilə müzakirələr apararaq qarşılıqlı razılıq əsasında “İlkin Niyyət Protokolu” hazırlayaraq imzalayıblar. “İlkin Niyyət Protokolu”nda nəzərdə tutulur ki, tərəflər parçalanmış Azərbaycan gerçəkliklərini İsveçdə və İsveç gerçəkliklərini Azərbaycanda tanıtmağa, Azərbaycanın siyasi, iqtisadi, mədəni, toplumsal, strateji, geosiyasi vb. sorunlarını araşdırmağa yönəlik birgə işlər görsün. O sıradan dərgi, elektron dərgi və kitab çapı ilə bağlı bir-birlərinə yardım göstərsinlər.
“İlkin Niyyət Protokolu”nu MSDM adından MSDM sədri İsa Qəmbər və AE Birliyi adından AE Birliyi sədri Eldar Qaradağlı imzalayıblar.
“İlkin Niyyət Protokolu”nun son variantı MSDM Məşvərət Heyətinin və AE Birliyi İdarə Heyətinin təsdiqindən sonra qüvvəyə minəcək.







Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *