Kateqoriya: Dünya / Manşet

KİV: Aysberq “Titanik”in məhv olmasının yeganə səbəbi ola bilməz

KİV: Aysberq “Titanik”in məhv olmasının yeganə səbəbi ola bilməz




“Titanik”in dağılmasının əsas səbəbi gəminin göyərtəsindəki yanğın ola bilər, heç də aysberqlə toqquşması deyil. Bu barədə ekspertlərin məlumatlarına əsaslanaraq The Independent qəzeti yazır.

AzEuroNews tass.ru-ya istinadən xəbər verir ki, yeni məlumatlar, reysə üç həftə qalmış gəmidə ciddi yanğının baş verdiyini göstərir.

Ömrünün 30 ilini faciənin tədqiqinə həsr etmiş jurnalist, Şenan Moloni, Belfastda çəkilmiş fotoşəkilləri öyrəndikdən sonra, “Titanik”in korpusunda qara ləkələr gördü. Ekspertlər bildiriblər ki, bu ləkə – yanacaq anbarının daxilindəki yanğının sübutudur.

Yanğın nəticəsində gəminin üzünün Selsi üzrə 1000 dərəcə qızması, onu daha çox zəif edib. Jurnalist əmindir ki, məhz buna görə korpus aysberqlə toqquşmaya dözmədi. Nəşr həmçinin əlavə edib ki, layner rəhbərliyi sərnişinlərə yanğın barədə danışmağı qadağan edib.

İstifadəyə verildiyi anda”Titanik” dünyanın ən böyük gəmisi idi ki, 1912-ci il aprelin 15-nə keçən gecə aysberqlə toqquşaraq qəzaya uğrayıb. Qəza nəticəsində, müxtəlif məlumatlara görə, 1495 nəfərdən 1635 nəfərədək adam həlak olub, 700 nəfər isə xilas ola bilib. Gəminin qalıqları hansı ki, Atlantik okeanının şimal hissəsində 3,7 min metr dərinlikdə durur, ilk dəfə 1985-ci ildə aşkar edilib. Sonralar dünyanın hər yerindən tədqiqatçılar gəmini müayinə etmək üçün çoxsaylı sualtı ekspedisiyalar aparmağa başlayıblar, nəticədə okeanın dibindən minlərlə müxtəlif artefaktlar qaldırılıb.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız