Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Almaniyadan türk jurnalistlərə “Yaşıl işıq”–FOTOLAR

Almaniyadan türk jurnalistlərə “Yaşıl işıq”–FOTOLAR

Опубликовано : 1-01-2017, 12:30 | Категория: Dünya / Manşet
(голосов:0)
Almaniyadan türk jurnalistlərə “Yaşıl işıq”–FOTOLAR



Almaniya hökuməti Türkiyədə siyasi təzyiqlə üzləşən və hazırda həyatı üçün böyük təhlükə olan jurnalistlərlə bağlı qərar verib. AzEuroNews.com-un Avropa bürosunun məlumatına görə, Almaniya Qaçqınlar və Miqrantlarla bağlı İdarənin (BAMF) verdiyi qərarda deyilir ki, Türkiyədə 15 Sentyabr dövlət çevrilişinə cəhd olayından sonra dövlətin jurnalistlərə tətbiq etdiyi təzyiqlər günü-gündən artmaqdadır. Belə olan halda türkiyəli jurnalistlər peşə fəaliyyətlərini normal şəkildə davam etdirmək üçün Avropa ölkələrinə üz tuturlar. Həmin ölkələr sırasında Almaniya birinci yerdədir. Bunu nəzər alan BAMF sözügedən jurnalistlərə bağlı qərar verib.

“Artıq bundan sonra təzyiqlə üzləşən və həyatı üçün təhlükə olan jurnalistlərin Almaniyada oturum icazəsi alması və işləməsi üçün heç bir əngəl qalmadı” deyə BAMF-ın verdiyi qərarda deyilir.

Məlumat üçün qeyd edək ki, Türkiyə həbsdəki jurnalistlərin sayına görə, dünyada liderdir. Hazırda bu ölkədə 195 media qurumu bağlanıb, 145 jurnalist isə həbsdədir.


Elmira Bayramova





Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: