Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » “Ceyş əl-Fəth” hərbi qruplaşması Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb

“Ceyş əl-Fəth” hərbi qruplaşması Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb

Tarix : 21-12-2016, 13:56 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)
“Ceyş əl-Fəth” hərbi qruplaşması Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb


“Ceyş əl-Fəth” ("Fəth ordusu") hərbi qruplaşması Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb.

APA-nın xəbərinə görə, bu barədə “As-Sumariya” kanalı məlumat yayıb.

“Ceyş əl-Fəth” ("Fəth ordusu") Suriyanın İdlib şəhərində müxalif qrupların bir araya gələrək yaratdığı qruplaşmadır. Qruplaşmanın tərkibinə “Əl Nüsra Cəbhəsi”, “Əhrar-uş-Şam”, “Liva əl-Haqq”, “Şam Legionu”, “Cund əl-Aksa”, “Ceyşül Sünnət” və “Əcnəd əl-Şam” qrupları daxildir.

Hadisə ilə bağlı 13 nəfərin saxlanıldığı bildirilir. Onların arasında qətli icra edən Mert Altıntaşın anası, atası, bacısı və digər qohumları var.

Xatırladaq ki, dekabrın 19-u axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: