Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Məmurlara hədiyyə götürmək qadağan edilib-Buna görə onlar cəzalandırılacaqlar

Məmurlara hədiyyə götürmək qadağan edilib-Buna görə onlar cəzalandırılacaqlar

Опубликовано : 16-12-2016, 01:45 | Категория: Dünya
(голосов:0)
Məmurlara hədiyyə götürmək qadağan edilib-Buna görə onlar cəzalandırılacaqlar




14 dekabrda Joqorku Keneş “Maraqların münaqişəsi” haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib, buna əsasən Qırğızıstanda məmurlara hədiyyə qəbul etməyi qadağan ediblər.

AzEuroNews zanoza.kg-ya istinadən xəbər verir ki, bu qanun layihəsi hökumətin 22 iyul 2015-ci il tarixli 518 saylı təşəbbüsü əsasında hazırlanıb. Səsvermədə 104 millət vəkili lehinə, 7 isə əleyhinə səs verib.

Hədiyyə qəbulu qadağası kimlərə aid olacaq?

Sənəddə qeyd edilir ki, qadağa aşağıdakı vəzifələri tutan şəxslərə şamil olunur:

*siyasi, xüsusi və inzibati dövlət vəzifələri;

*siyasi və inzibati bələdiyyə vəzifələri;

*dövlət və bələdiyyə müəssisələrinin və idarələrinin vəzifəli şəxsləri;

* dövlət iştirak payı ilə kommersiya təşkilatlarında çalışan dövlət nümayəndələrinin ;


Vəzifəli şəxsə qadağan edilir öz xidməti vəziyyətindən istifadə edərək, hər hansı şəkildə digər vəzifəli şəxslər tərəfindən hazırlanan və ya nəşr edilən normativ hüquqi aktlara, ya müqavilələrin həyata keçməsində nəzarət funksiyasına və onların bağlanmasına təsir göstərmək barəsində:

Məsələlərin həlli bu vəzifəli şəxsin özünün, onun qohumunun və işgüzar tərəfdaşlarının şəxsi və ya əmlak maraqlarına təsir edir və ya təsir edə bilərsə;
Bu vəzifəli şəxs və ya onun qohumları belə fiziki və ya hüquqi şəxsdən hər hansı növ gəlir əldə edirsə;
Belə kommersiya müəssisələrinin səhmdarı, pay iştirakçısı, nəzarət, yoxlama və ya icra orqanının üzvü olan bu vəzifəli şəxs və ya onun qohumlarıdırsa;
Yenə də hədiyyə qəbul etmək olar?

Diplomatik hədiyyələri rəsmi protokol tədbirləri çərçivəsində qəbul etməyə icazə verilir. Bu cür hədiyyələr dövlət mülkiyyəti hesab edilir və dövlət orqanlarının, yerli özünüidarəetmə orqanının, müəssisənin balansına verilməlidir.

Hədiyyə alan qulluqçular qanuna əsasən, Qırğızıstan hökuməti tərəfindən müəyyən edilmiş halda və qaydada onu satın ala bilərlər. Hədiyyənin qiymətləndirilməsi, uçotu, saxlanılması, istifadəsi və satın alınması, habelə hədiyyələrin qeydiyyat jurnalının forması dövlət tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Bir halda ki, vəzifəli şəxs xidməti vəzifələrinin icrasından kənar fiziki və ya hüquqi şəxsdən hədiyyə alıbsa, onda belə vəzifəli şəxs bir il ərzində hədiyyə verənə qarşı inzibati akt nəşr etməkdə və ya nəzarət funksiyasını həyata keçirmək hüququnda deyil.

Vəzifəli şəxsin xidməti vəzifələrin icrasından kənar hədiyyə almaq faktı, xüsusi orqanlar tərəfindən maraqların münaqişəsi kimi baxıla bilər.

Bu qanunun həyata keçirilməsi ilə kim məşğul olacaq?

dövlət hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının, dövlət təşkilatlarının və dövlət iştirak payı ilə olan kommersiya müəssisələrinin rəhbərləri;
dövlət hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının, dövlət təşkilatlarının və dövlət iştirak payı ilə olan kommersiya müəssisələrinin müvafiq orqanının etika yoxlaması
dövlət hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının, dövlət təşkilatlarının və dövlət iştirak payı ilə olan kommersiya müəssisələrinin personalı idarəetmə xidməti.
Bu qanun dövlət başçısı tərəfindən imzalandıqdan sonra, 10 gün ərzində qüvvəyə minəcək.

Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: