Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » İsveçdə 26 Azər mərasimi keçirildi [FOTOLAR]

İsveçdə 26 Azər mərasimi keçirildi [FOTOLAR]

Опубликовано : 5-12-2016, 06:45 | Категория: Dünya / Mədəni+niyyət
(голосов:0)
İsveçdə 26 Azər mərasimi keçirildi [FOTOLAR]

Dekabrın 4-də İsveçdə 21-26 Azər həftəsi çərçivəsində Goteborq şəhərində güneyli və quzeyli soydaşlarımızın da qatıldığı xüsusi mərasim keçirilib. Modernqezeti.com-un məlumatına görə, Azərbaycan Demokratiya Ocağı tərəfindən təşkil olunan bu mərasimdə məruzəçi kimi Azərbaycandan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və Ümid Partiyasının və Borçalı Cəmiyyətinin sədr müavini Rüfət Muradlı qatılıblar. Mərasimi Azərbaycan Demokratiya Ocağının sədri, tanınmış alim Arif Rəhimoğlu açaraq 21 Azərdən 26 Azərədək olan dönəm haqda iştirakçıları məlumatlandırıb və 26 Azər həqiqətlərinin "boyqırım- mədəni soyqırım" kimi bəşəriyyətə çatdırılmasının vacib olduğunu vurğulayıb. İlk məruzə ilə çıxış edən Zəlimxan Məmmədli isə, Güney Azərbaycan hərəkatı və perspektivləri, Əbülfəz Elçibəyin Bütövlük ideyası, 21 Azər hərəkatının önəmi, eləcə də, Borçalı məsələsinin cəhətləri haqda ətraflı məruzə edib. İkinci Güney Azərbaycanda siyasi mübarizənin hazırkı durumu, Azərbaycanda soydaşlarımızla bağlı dövlət siyasəti, 21 Azər hərəkatının tariximizdəki yeri və 26 Azərdə Pəhləvilərin Təbrizdəki cinayəti haqda məruzə ilə Rüfət Muradlı çıxış edib. Məruzələr ətrafında Goteborqda yaşayan soydaşlarımızdan Anar Davufoğlu, Səttar Yaşıl, Səid Sədaqət, Azər Heydərqızı , iqtidadçı alim Hüseyn Yəhyayi, Azərbaycan Evinin sədri Eldar Qaradağlı, 21 Azər Hərəkatının yadigarlarından olan Dadaş Aslanzadə və başqaları sual və çıxışlarında tədbirin mövzusu ilə bağlı düşüncəlırini paylaşıblar. Mərasimdə Borçalı İctimai Cəmiyyəti tərəfindən təsis olunan “İlin Şərəf Medalı” mükafatı da Arif Rəhimoğluna təqdim olunub. Mərasimin sonunda dekabrın 10-da Goteborq şəhərində Babək Dərnəyi tərəfindən 26 Azərlə bağlı konfransın keçirilməsi haqda da iştirakçılara məlumat verilib.

İsveçdə 26 Azər mərasimi keçirildi [FOTOLAR]
İsveçdə 26 Azər mərasimi keçirildi [FOTOLAR]
İsveçdə 26 Azər mərasimi keçirildi [FOTOLAR]
İsveçdə 26 Azər mərasimi keçirildi [FOTOLAR]

Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: