Kateqoriya: Dünya

Trampın qələbəsinə etiraz edənlərin sayı artır

Trampın qələbəsinə etiraz edənlərin sayı artır



ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampın qələbəsinə etiraz edənlər yenə aksiyalar keçiriblər.

Oreqon ştatındakı Portlend şəhərində minlərlə amerikalı küçələrə çıxaraq “Tramp, mənim prezidentim deyilsən!” şüarı altında mitinq keçiriblər.

Vaşinqtonda Amerika Universitetində isə etiraz aksiyası zamanı tələbələr ABŞ bayrağını yandırıblar.

Kampusa yığışmış yüzlərlə tələbə “Qaraların həyatı da önəmlidir”, “İrqçiliyi dayandıraq!” və “İslamofobiyaya qarşı mübarizə apar!” şüarları yazılmış plakatları tutmuşdular. Bir qrup qaradərili tələbə ABŞ bayrağını yandıraraq “Rədd olsun ağdərili Amerika!” qışqıraraq etirazlarını bildiriblər.

Trampa qarşı etiraz aksiyaları Nyu-York, Vaşinqton, Los-Anceles, Filadelfiya, Portlend, Riçmond, Siettl şəhərlərində də keçirilib. Bu aksiyalar zamanı 40 nəfər həbs olunub.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *