Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » 640 milyon dollarlıq Bakı Olimpiya Stadionunun ŞOK görüntüləri-FOTOLAR

640 milyon dollarlıq Bakı Olimpiya Stadionunun ŞOK görüntüləri-FOTOLAR

Tarix : 23-06-2017, 10:29 | Kateqoriya: İdman / Manşet
(голосов:0)
 

70 minə yaxın tamaşaçı tutumu ilə ölkənin ən böyük stadionu olan Bakı Olimpiya Stadionu baxımsızlqıdan əziyyət çəkir. AzEuroNews.com-un məlumatına görə, sosial şəbəkələrdə yayılan şəkilərdən belə məlum olur ki, 2015-ci ildə Avropa, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının keçirildiyi stadionun tamaşaçılar üçün nəzərdə tutulmuş sektoru və daxili avtomobil yolunun kənarlarını ot basıb. Eyni zamanda stadionun ətrafı qurunt suları ilə dolub.
Maraqlısı budur ki, bu baxımızlıq uzun müddətdir ki, davam edir. Aidiyyatı qurumlar isə, bu mənzərə qarşısında susqunluqlarını nümayiş etdirirlər.
Məlumat üçün bildirək ki, 2012-ci ilin noyabr ayında, stadionun tam miqyaslı tikintisinə start verilib. İnşaat işləri Beynəlxalq Tikinti (İBC), UEFA və FİFA-nın standartlarına əsasən, o cümlədən Azərbaycanın tikinti qaydalarına uyğun olaraq görülüb. Stadionun rəsmi açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2015-ci il mart ayının 6-da baş tutub.
Layihə ARDNŞ tərəfindən maliyyələşdirilib. Stadion tikintisi və qurulması Dizayn&Tikinti sövdələşməsi əsasında Türk şirkəti TEKFEN-ə həvalə edilib. Stadionun ətrafında bir neçə otel, 3617 avtomobillik dayanacaq ərazsisi və 81574 kv. m. yaşıllıq ərazi salınıb.
TEKFEN 24 ay kimi rekord bir vaxtda stadionun tikintisini tamamlayıb və sifarişçiyə layihənin başlamasından öncə təhvil verib.
Şirkətin baş direktoru Levent Kafkaslının mətbuata verdiyi açıqlamaya görə, stadionun tikintisi üçün 640 milyon dollarlıq müqavilə imzalanıb.




 



Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: