Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » “Alma” xatirəsi

“Alma” xatirəsi

Tarix : 8-03-2017, 09:22 | Kateqoriya: İdman
(голосов:0)
“Alma” xatirəsi

Qətər milli komandası ilə martın 9-da qarşılaşacaq Azərbaycan yığması 2-ci dəfə bu tarixdə meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamız 25 illik tarixində indiyədək yalnız bir dəfə 3-ü ayın 9-da qüvvəsini sınayıb.

Bu hadisə 10 il öncəyə təsadüf edib. Bu qədər müddətdən sonra eyni gündə meydana çıxacaq yığmamızı 2007-ci ildə hələ Şahin Diniyev çalışdırırdı.

O vaxt millimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan “Alma TV kuboku”na qatılmışdı. Özbəkistan, Qırğızıstan və meydan sahibləri ilə dairəvi sistemdə mübarizə aparan Azərbaycan futbolçuları II turun görüşünü martın 9-da keçirmişdi.

Özbəkistan üzərindəki 1:0 hesablı qələbədən sonra yığmamız liderlik uğrunda matçda meydan sahibləri ilə qarşılaşıb. Lakin karyerası boyu 1 kluba – Karaqanda “Şaxtyor”una sadiqliyi ilə seçilən Andrey Finonçenkonun qolu Qazaxıstana qələbə qazandırıb.

Martın 9-da 0:1 hesabı ilə uduzan Diniyevin yetirmələri son turda Qırğızıstanı da eyni hesabla yensə də, yeganə məğlubiyyət komandamızı 2-ci edib.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: