Kateqoriya: İdman

Fatih Terim Arda ilə bağlı qərarını verib

Fatih Terim Arda ilə bağlı qərarını verib

Türkiyə yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Ukrayna və İslandiya ilə oyunlar üçün heyəti açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Fatih Terim yığmaya 24 oyunçu dəvət edib.

Təcrübəli mütəxəssis bu dəfə də gözlənilməz seçimi ilə diqqət çəkib. Terim ötən ay keçirilən matçlarda olduğu kimi Arda Turan, Burak Yılmaz, Gökhan Gönül, Səlcuq İnan və Caner Erkinə yenə ehtiyac duymayıb.

Bundan başqa, Ömər Toprakı heyətə qaytaran çalışdırıcı Gökhan Töreni də siyahıya daxil etməyib.

Qapıçılar: Harun Tekin ("Bursaspor"), Onur Kıvrak ("Trabzonspor"), Volkan Babacan ("Başakşehir")

Müdafiəçilər: Ahmet Çalık ("Gənclərbirliyi"), Şener Bayraklı, Hasan Ali Kaldırım, İsmail Köybaşı (hamısı "Fənərbaxça"), Çağlar Söyüncü ("Frayburq", Almaniya), Kan Ayhan (“Fortuna”, Almaniya), Hakan Balta (“Qalatasaray”), Ömər Toprak (“Bayer”, Almaniya)
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("Bayer", Almaniya), Mehmet Topal, Ozan Tufan, Volkan Şen (hamışı "Fənərbaxça"), Emre Mor ("Borussiya" D, Almaniya), Olcay Şahan ("Beşiktaş"), Okay Yokuşlu (“Trabzonspor”), Tolqa Ciğərçi, Yalçın Öztəkin (hər ikisi “Qalatasaray”), Mövlud Erdinc (“Mets”, Fransa)
Hücumçular: Cenk Tosun ("Beşiktaş"), Yunus Mallı ("Maynts"), Enes Ünal ("Tvente")

Qeyd edək ki, Türkiyə yığması oktyabrın 6-da Ukrayna, 9-da İslandiya ilə qarşılaşacaq. İlk oyunu Konyada keçirəcək “ay-ulduzlular” digər matçı səfərdə oynayacaq.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *