Kateqoriya: İdman / Manşet

FANTASTİKA!

 FANTASTİKA!

Azərbaycan millisi ümumilikdə 24, seçmə mərhələlərdəki 22 illik tarixində görünməmiş nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamız ilk dəfə bir tsikldə səfərdə 4 xal toplayıb.



Bu, DÇ-2018-in seçmə mərhələsində gerçəkləşib. San-Marinodakı ilk qarşılaşmasında 1 qolla qalib gələn yığmamız bu dəfə Çexiyadan xalla dönüb. Qolsuz heç-heçə səfər xallarımızın sayını 4-ə çatdırıb.



AÇ-1996-dan başlayaraq, seçmə oyunlarında iştirak edən komandamız tarixində 10-cu dəfə rəqib meydanında xal qazanıb. Səfərdə 2 qələbəsi olan milli 8-ci dəfə 1 xalla vətənə dönür.



Yığmamız AÇ-2004, AÇ-2008, DÇ-2010 seçmə mərhələlərinin hərəsində 1, DÇ-2014-də 3, AÇ-2016-da 2 dəfə rəqib meydanında uduzmayıb.



Bunlardan ikisində səfərdə 3 xal əldə etmişdik. DÇ-2014-də üç heç-heçə, DÇ-2010-da isə 1 qələbə sayəsində buna nail olmuşduq.



Bu dəfə 1 qələbə və 1 heç-heçə səfər xallarında mütləq rekordla nəticələndi.





Yığmamızın seçmə mərhələdəki səfər xalları



12.02.2003. Podqoritsa. AÇ-2004. Serbiya və Çernoqoriya – Azərbaycan - 2:2



06.06.2007. Almatı. AÇ-2008. Qazaxıstan – Azərbaycan - 1:1



10.10.2009. Vaduts. DÇ-2010. Lixtenşteyn - Azərbaycan - 0:2



14.11.2012. Belfast. DÇ-2014. Şimali İrlandiya – Azərbaycan - 1:1



22.11.2013. Lüksemburq. DÇ-2014. Lüksemburq – Azərbaycan - 0:0



07.09.2013. Ramat-Qan. DÇ-2014. İsrail – Azərbaycan - 1:1



12.06.2015. Oslo. AÇ-2016. Norveç – Azərbaycan - 0:0



06.09.2015. Ta-Qali. AÇ-2016. Malta – Azərbaycan - 2:2



04.09.2016. Serravalle. DÇ-2018. San-Marino – Azərbaycan - 0:1



11.10.2016. Ostrava. DÇ-2018. Çexiya – Azərbaycan – 0:0

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız